Səfir (CV)

TƏRCÜMEYİ-HALI

Dr. Vilayət M. Quliyev (05.11.1952)

Azərbaycan Respublikasının Macarıstanda

Fövqəladə və Səlahiyyətli Səfiri

Vilayət Quliyev

  • 1970-1975 - BDU-nin Filologiya fakültəsinin tələbəsi.
  • 1975-1978 - Beyləqan rayonundakı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi.
  • 1978-1981 - Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı.
  • 1982 - Filologiya elmləri namizədi.
  • 1981-1987 - Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, sonralar isə şöbə müdiri.
  • 1987-1991 - Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini.
  • 1990 - Filologiya elmləri üzrə fəlsəfə doktoru.
  • 1991-1992 - Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində professor.
  • 1992-1996 - Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun baş elmi işçisi, "Millət" qəzetinin baş redaktoru.
  • 1996Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.
  • Oct.1999 - Azərbaycan Respublikasının Xarici İşlər Naziri təyin olunmuşdur.
  • 1999-2004 - Azərbaycan Respublikasının Xarici İşlər Naziri.
  • 2000 - Fövqəladə və Səlahiyyətli səfir rütbəsi ilə təltif olunmuşdur.
  • 2004-2010 - Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri.
  • 2010 - Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri təyin olunmuşdur.

Vilayət Quliyev Rusiya, Türkiyə və İranda  nəşr olunan 15 kitab və 300 elmi məqalənin müəllifidir.

Elmi fəaliyyətinə görə "M.F.Axundov" (1989) və "H.Z.Tagıyev" (1994) mükafatlarına layiq görülmüşdür.

Rus, türk, fars, ingilis və polyak dillərini bilir.

Evlidir, bir oğlu və bir qızı var.