2020-03-19
Macarıstanda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının mütləq qaydada elektron konsulluq qeydiyyatı

Hörmətli həmvətənlər!

Son günlər COVİD-19 virusu ilə bağlı bir çox ölkələrdə, o cümlədən Macarıstanda müşahidə edilən fövqəladə vəziyyətlə əlaqədar qarşıya çıxa biləcək çətinliklərin qarşısının alınması və problemlərin həlli istiqamətində operativliyin təmin edilməsi məqsədilə Macarıstanda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının mütləq qaydada Səfirlikdə elektron konsulluq qeydiyyatına düşmələri zərurirdir.

Bu məqsədlə, həmvətənlərimizin səfirliyin consul_budapest@mission.mfa.gov.az  ünvanına ərizə ilə müraciət etmələri tövsiyə olunur. Ərizəyə əlaqə vasitələrinin, yaşadığı şəhər və ünvanın, təhsil aldığı universitet və iş yeri barədə mümkün məlumatların qeyd edilməsi və pasportun surətinin əlavə olunması vacibdir.

back news prev news