İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır.

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur.

Azərbaycanın Macarıstanda səfirliyi 2004-cü ildə açılmışdır.

30 mart  2010-cu il tarixdə Vilayət Quliyev Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş və etimadnaməsini həmin ilin 12 iyul tarixində Macarıstanın sabiq Prezidenti Laslo Şoyoma  təqdim etmişdir.

Macarıstanın Azərbaycandakı səfirliyi 12 yanvar 2009-cu ildə açılmışdır.

Macarıstanın Azərbaycandakı hazırkı səfiri Viktor Sederkenyi 12 sentyabr 2017-ci il tarixdə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Arxiv üzrə axtarış