Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
16.1. Pasportların və vizaların verilməsinə görə:
16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə - 25 ABŞ dolları
16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə - 10 ABŞ dolları
16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair
göstərişlərin göndərilməsinə görə - 4 manat
16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - 20 ABŞ dolları
16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - 350 ABŞ dolları
16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:
16.2.1. Vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə - 60 ABŞ dolları
16.2.2. Vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə - 60 ABŞ dolları
16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:
16.3.1. nikahın qeydə alınmasına görə - 10 ABŞ dolları
16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər- arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə - 40 ABŞ dolları
16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə - 5 ABŞ dolları
16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə - 20 ABŞ dolları
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
16.3.6.vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə - 10 ABŞ dolları
16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:
16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında - 4 manat
16.4.1.2. ölkə xaricində - 10 ABŞ dolları
16.5. Sənədlərin leqallaşdırılmasına görə:
16.5.1. Azərbaycan Respublikasında - 4 manat
16.5.2. xarici ölkədə - 10 ABŞ dolları
16.6. Notariat hərəkətlərinin aparılmasına görə:
16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə - 20 ABŞ dolları
16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə - 20 ABŞ dolları
16.6.3. müqavilələrin təsdiqinə görə:
16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə - 50 ABŞ dolları
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə - 150 ABŞ dolları
16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə - 30 ABŞ dolları
16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə - 10 ABŞ dolları
16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün):
xarici dillərdən - 10 ABŞ dolları
xarici dillərə - 20 ABŞ dolları
16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün) - 20 ABŞ dolları
16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə - 40 ABŞ dolları
16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə - 50 ABŞ dolları
16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə - 30 ABŞ dolları
16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə - 100 ABŞ dolları
16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə - 20 ABŞ dolları
16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün) - 20 ABŞ dolları
16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün) - 20 ABŞ dolları
16.6.14. icra qeydlərinin aparılmasına görə - 10 ABŞ dolları
16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə - 10 ABŞ dolları
16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə - 10 ABŞ dolları
16.6.18. sübutların təmin edilməsinə görə - 10 ABŞ dolları
16.7. Digər konsul əməliyyatlarına görə - 10 ABŞ dolları

Arxiv üzrə axtarış