Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi, Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsi və Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1. Vətəndaşın ərizəsi (Ərizədə. ərizəçinin soyadı, adı, atasının adı,doğulduğu yer, tarix, vətəndaşlığı və yaşadığı ünvan,şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və orqan qeyd olunmalıdır); 

2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);

3. Yaşayış yeri haqqında arayış və onun azərbaycan dilinə tərcüməsi;

Qeyd 1. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

Qeyd 2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının Macarıstandaki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs ASAN XİDMƏT tərəfindən müvafiq arayışı əldə edə bilər.

Nümunə

Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsi

Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir. 

Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə  aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1. Vətəndaşın ərizəsi;

2. Şəxsiyyəti təsdiq edən sənədlərin surəti (Pasport, şəxsiyyət vəsiqəsi);

3. Yaşayış yeri haqqında arayış;

4. Ərizəçinin Macarıstanda daimi və ya müvəqqəti yaşamaq haqqında icazəsi;

5. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz;

 

Səfirliyin Bank rekvizitləri : 

Embassy of the Republic of Azerbaijan, 
Hungary, 1067 Budapest, Eotvos str. 14,

OTP Bank hesab nömrəsi: 11764063-16770881

 

Qeyd 1: Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin(arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.

Qeyd 2: Xarici dillərdə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Azərbaycan Respublikasının konsulluğu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

Nikahın bağlanmasının qeydə alınması;

Nikah pozulmasının qeydə alınması;

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

Doğumun qeydə alınması.

Arxiv üzrə axtarış