2022-12-05

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Macarıstana səfər edib

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov 27 noyabr-1 dekabr 2022-ci ildə Macarıstanda səfərdə olub.

Səfər çərçivəsində E.Hüseynov Macarıstan Prezidentinin xarici əlaqələr üzrə müşaviri Kriştof Altus, Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin xarici iqtisadi əlaqələrin inkişafı üzrə müavini Katalin Bihari və Şərq ölkələri ilə münasibətlərin inkişafı üzrə müavini Adam Ştifter, Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) və Lakitelek Fondunun rəhbərliyi, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəlik Ofisinin icraçı direktoru Yanoş Hovari, eləcə də 10 yerli şirkətin təmsilçiləri ilə görüşlər keçirib, ölkənin milli ənənələrini və nailiyyətlərini nümayiş etdirən Lakitelek şəhərindəki Hunqarikum Parkı ilə yaxından tanış olub, AZƏRTAC-ın Budapeştdəki xüsusi müxbirinə müsahibə verib.

Arxiv üzrə axtarış