2020-10-02
Macarıstanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə

27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü nəticəsində mövcud gərginlik şəraitində radikal erməni qruplarının nifrət zəminində təxribatlarının baş verməsi ehtimalı mövcuddur.        

Vətəndaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq. 

Ölkəmizin vətəndaşlarından ehtiyac yaranan təqdirdə Səfirliyin +36 300 18 38 11 qaynar xətti vasitəsilə əlaqə saxlamaları tövsiyyə olunur.       

back news prev news