Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
1. Ərizəçinin imzalı ərizəsi
2. Ərizəçinin şəxsiyyət vəsiqəsi
3. Ərizəçinin ümumvətəndaş pasportu
4. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Səfirliyin Bank rekvizitləri :
Embassy of the Republic of Azerbaijan,
Hungary, 1067 Budapest, Eotvos str. 14,
OTP Bank hesab nömrəsi: 11764063-16770881
Qeyd:
1. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
2. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının Macarıstandaki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs ASAN XİDMƏT tərəfindən müvafiq arayışı əldə edə bilər.
3. Rüsumu online banking (otp bank, revolute, wise və s.) vasitəsilə də həyata keçirmək mümkündür.
Vətəndaşın subay olmasına dair müvafiq arayışın verilməsi
Azərbaycan Respublikası orqanlarından müvafiq arayışla əlaqədar sorğu Səfirliyin konsulluq bölməsi vasitəsilə həyata keçirilir.
Subaylıq haqqında arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
1. Ərizəçinin imzalı ərizəsi
2. Ərizəçinin şəxsiyyət vəsiqəsi
3. Ərizəçinin ümumvətəndaş pasportu
4. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
Səfirliyin Bank rekvizitləri :
Embassy of the Republic of Azerbaijan,
Hungary, 1067 Budapest, Eotvos str. 14,
OTP Bank hesab nömrəsi: 11764063-16770881
Qeyd:
1. Əvvələr nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni və ya ərin(arvadın) ölüm şəhadətnaməsini, yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi və ya ondan çıxarış təqdim etməlidirlər.
2. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
3. Şəxsin özünün iştirakı mümkün olmadıqda, Azərbaycan Respublikasının Macarıstandaki Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs ASAN XİDMƏT tərəfindən müvafiq arayışı əldə edə bilər.
4. Xarici dillərdə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.
5. Rüsumu online banking (otp bank, revolute, wise və s.) vasitəsilə də həyata keçirmək mümkündür.