Esmira Firudin qızı Cəfərova
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Macarıstanda
Fövqəladə və Səlahiyyətli Səfiri
Təhsili:
1996-2000 Bakı Dövlət Universitet Beynəlxalq münasibətlər və hüquq fakultəsi (fərqlənmə)
2000-2001 Mərkəzi Avropa Universiteti (Budapeşt, Macarıstan) Beynəlxalq Münasibətlər və Avropa Bilimləri fakultəsi Magistr işi: “Avropa Ittifaqı və Cənubi Qafqaz: Perspektivlər və problemlər”
2007-2011 Vyana Universiteti (Vyana, Avstriya) Siyasi Elmlər fakultəsi, Siyasi elmlər üzrə fəlsəfə doktoru Dissertasiya mövzusu: “Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin əldə olunmasında beynəlxalq təşkilatların rolu”
Əmək fəaliyyəti:
2001- 2005 Referentdən Üçüncü Katib vəzifəsinə qədər, Təhlükəsizlik Məsələləri İdarəsi, Xarici İşlər Nazirliyi məsul sahələr: beynəlxalq təhlükəsizlik, regional təhlükəsizlik, silahlara nəzarət sahələri üzrə müxtəlif məsələlər
2005-2009 Üçüncü və İkinci Katib vəzifələri, Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyası (Vyana, Avstriya)
2010-2012 Birinci Katib, Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsi, Xarici İşlər Nazirliyi
2012-2013 Birinci Katib, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert,Azərbaycan Respublikasının BMT yanındakı Missiyası (Nyu-York, ABŞ)
2014-2016 Hərbi-Siyasi Məsələlər İdarəsi, NATO/SNT Şöbəsinin müdiri, Xarici İşlər Nazirliyi
2016-2017 Siyasi Bilimlər üzrə Baş müəllim, ADA Universiteti, Bakı Azərbaycan
2017-2018 Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, Energetika Nazirliyi
2018- 2019 Azərbaycan Respublikası energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri
2019-2024 Azərbaycan Respublikası Prezidentinin 1537 saylı, 1 noyabr 2019-cu il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü təyin edilmişdir
2024-2026 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Amerika İdarəsinin rəisi
Elmi fəaliyyəti:
2014 Kolumbiya Universiteti, Harriman İnstitutu (Nyu-York, ABŞ), Ziyarət edən alim Tədqiqat mövzusu:
“Cənubi Qafqazda münaqişələrin həlli: beynəlxalq səylərə çağırışlar” (2014-cü ildə ABŞ-da Lexington
Books/Rowman and Littlefield tərəfindən kitab şəklində çap edilmişdir)
Xarici dillər: İngilis, Rus, Fransız