Subaylıq haqqında arayışın rəsmiləşdirilməsi ərizəçinin müraciətinə istinadən Səfirliyin konsulluq bölməsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən əldə edilən məlumata və ya ərizəçinin my.gov.az dövlət portaldan əldə etdiyi arayışa əsasən həyata keçirilir.
Subaylıq haqqında arayışın rəsmiləşdirilməsi üçün ərizəçi tərəfindən Konsulluq bölməsinə aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. ərizə;
Qeyd: ərizəçi müraciətinin məzmununa uyğun olan ərizə formasını doldurmalıdır.
2. şəxsiyyətini təsdiq edən sənədlərin (pasport və şəxsiyyət vəsiqəsi) əsli və surətləri;
3. Macarıstanda yaşamaq icazəsini (residence permit) təsdiq edən sənədin əsli və surəti;
4. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Səfirliyin bank rekvizitləri:
Beneficiary name: Embassy of Azerbaijan
Beneficiary bank: "OTP Bank"
Account number: 1176 3055 681 99 887
IBAN: HU50 1176 3055 6819 9887 0000 0000
SWIFT: OTPV HUHB
Qeyd:
-hər bir fiziki şəxs subaylıq barədə arayışı yalnız özü barəsində əldə edə bilər.
-ərizəçinin bir müraciətə görə təkar Səfirliyin konsulluq bölməsinə gəlməsinə yol verməmək üçün imzalanmış ərizələr tələb olunan digər sənədlər ilə birlikdə e-mail vasitəsilə Səfirliyin konsulluq bölməsinə göndərilə bilər.
Qeyd: Ərizəçilərdən daxil olan müraciətlərin icraata qəbul edilməsi və operatv qaydada işlənilməsi üçün ərizələrin və tələb olunan sənədlərin oxunulabilir və keyfiyyətli şəkildə (PDF formatında) skanner olunması xahiş olunur.
-subaylıq haqqında arayışlar yalnız ərizəçinin özünə və ya notariat qaydada təsdiq edilmiş etibarnamə əsasında müvəkkil etdiyi şəxs təqdim olunur.