Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramı
Xəzər Universiteti 2025/2026-cı tədris ili üçün əcnəbi tələbə qəbulu və təqaüd proqramlarını elan edir.
Xəzər Universitetinin Beynəlxalq Təqaüd Proqramı aşağıda göstərilən iki əsas istiqamətdə həyata keçirilir:
1. Nailǝxanım Fondu (Azərbaycan) vətəndaşlığından asılı olmayaraq təhsilini magistratura və ya doktorantura səviyyəsində davam etdirmək niyyətində olan qız tələbələri üçün tam təqaüd (təhsil haqqı, nəqliyyat xərci, aylıq təqaüd) təklif edir;
2. Bilik və bacarığa görə verilən müvəffəqiyyət təqaüdü təhsil haqqının 25%, 50% vǝ 75%-ni əhatə edən və bakalavriat, magistratura, doktorantura səviyyələrində təhsil almaq istəyən namizədlərə təklif olunur.
Əlaqələndirici şəxs: Fatimə Vəliyeva, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri
Email: fvaliyeva@khazar.org / admissions@khazar.org
Telefon: +994 12 421 79 16 (daxili 240)