Macar yazıçısı Miksat Kalmanın “Danışan Kürk” adlı kitabı azərbaycan dilinə tərcümə edilmişdir
2017-ci ildə Azərbaycan Respublikasının Macarıstandakı Səfiri Vilayət Quliyev macar yazıçısı Miksat Kalmanın “Danışan Kürk” adlı kitabını tərcümə etmişdir. M.Kalman macar ədəbiyyatının klassiklərindən sayılır. Yaradıcılığı keçmişi özündə əks etdirən həzin, parlaq və istehzalı yumoru ilə fərqlənir. M.Kalmanın əsərləri XIX əsr macar ədəbiyyatı üçün o qədər də səciyyəvi olmayan detektiv janrı ilə diqqət çəkir. Klassik macar yazıçısı kədərlə gülüşü, reallıqla fantastikanı, düşüncə ilə təsviri paralel şəkildə verə bilən ədiblərdəndir. Bu mənada M.Kalmanın “Danışan Kürk” povesti sadalanan komponentləri özündə əks etdirən əsərdir.