“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Səfirin müraciəti
Ceyhun Bayramov
Tahir Tağızadə
Səfir

Əziz dostlar!

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz. Burada Azərbaycan, səfirliyimiz və ölkələrimiz arasındakı ikitərəfli əlaqələr barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan öz təbiətinin gözəlliyi ilə seçilir. Ölkəmiz nəqliyyat və enerji sahəsində həyata keçirilən regional layihələrdə mühüm rol oynayır. Öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi seçilir. Azərbaycan enerji sektorunda, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardan biridir.

44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün qarşıda duran əsas məqsədlər qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və sosial inkişafına töhfə verməkdir.  

Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın rifahına xidmət edir. Ölkələrimiz həm ikitərəfli əsasda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edirlər. Səfirliyimiz qarşılıqlı faydalı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində çalışır. 

Azərbaycana səfər edərək ölkəmizin rəngarəng təbiəti ilə tanış olmaq, tarixi məkanlara baş çəkmək, eləcə də Xəzər dənizin sahillərində istirahət etmək istəyərsəniz, internet səhifəmizdəki konsulluq xidməti və viza bölməsindən lazımi məlumat ala bilərsiniz.

Azərbaycanın Macarıstandakı Səfirliyi olaraq sizin istənilən sualınızı cavablandırmağa, sizə lazımi kömək və dəstəyi göstərməyə hər zaman hazırıq.

Sizləri ölkəmizdə görməkdən şad olardıq!

Hörmətlə,

Səfir

Tahir Tağızadə

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti