“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
İkitərəfli münasibətlər haqqında

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır.

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur.

Azərbaycanın Macarıstanda səfirliyi 2004-cü ildə açılmışdır.

23 iyul 2021-ci il tarixdə Tahir Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş və etimadnaməsini həmin ilin 17 noyabr tarixində Macarıstanın sabiq Prezidenti Yanoş Aderə təqdim etmişdir.

Macarıstanın Azərbaycandakı səfirliyi 12 yanvar 2009-cu ildə açılmışdır.

Macarıstanın Azərbaycandakı hazırkı səfiri Tamaş Torma 19 sentyabr 2022-ci il tarixdə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlər

Dövlət Başçıları

  • 4-5 dekabr,  1994-cü il - Azərbaycan Respublikasının Prezident Heydər Əliyevin işgüzar səfəri (ATƏT-in Zirvə  Toplantısı);
  • 18-19 fevral, 2008-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Dövlət səfəri;
  • 26-27 yanvar, 2009-cu il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri (“Nabucco” Enerji Sammiti);
  • 10-12 noyabr,  2011-ci il - Macarıstan Prezident Pal Şmitin rəsmi səfəri;
  • 10-11 noyabr,  2014-cü il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri;
  • 29-30 yanvar,  2023-cü il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi səfəri;
  • 20-21 avqust,  2023-cü il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işgüzar səfəri (Dünya Atletika Çempionatı).

Hökumət başçıları

  • 7- 8 iyul, 2008-ci il - Macarıstanın Baş naziri Ferenç Gyurçanyinin rəsmi səfəri;
  • 14 noyabr, 2008-ci il - Macarıstanın Baş naziri Ferenç Gyurçanyinin işgüzar səfəri (4-cü  Enerji Sammiti);
  • 13-14 sentyabr, 2010-cu il - Macarıstanın Baş naziri Viktor Orbanın işgüzar səfər (AGRI sammiti);
  • 29 iyun - 1 iyul, 2012-ci il - Macarıstanın Baş naziri Viktor Orbanın rəsmi səfəri;
  • 5-6 mart, 2016-ci il - Macarıstanın Baş naziri Viktor Orbanın rəsmi səfəri;
  • 14-15 oktyabr, 2019-cu il - Macarıstanın Baş naziri Viktor Orbanın işgüzar səfəri (TDƏŞ-in 7-ci Sammiti);
  • 23-24 noyabr, 2023-cü il - Macarıstanın Baş naziri Viktor Orbanın işgüzar səfəri (SPECA Sammiti).

Parlament sədrləri

  • 5-7 sentyabr, 2008-ci il - Macarıstan Parlamentinin Sədri Katalini Silinin rəsmi səfəri;
  • 7-9 dekabr, 2011-ci il - AR Milli Məclisin Sədri Oqtay Əsədovun rəsmi səfəri;
  • 16-19 iyun, 2015-ci il - Macarıstan Parlamentinin Sədri Laşlo Koverin rəsmi səfəri;
  • 28-30 iyun, 2021-ci il - AR Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəsmi səfəri;
  • 13-14 sentyabr, 2023-cü il - AR Milli Məclisinin Sədri Sahibə Qafarovanın işgüzar səfəri (5-ci Budapeşt Demoqrafik Sammiti).

Xarici İşlər Nazirləri

  • 17-19 may,  2007-ci il - Macarıstan Xarici işlər naziri K.Qöntsün rəsmi səfəri;
  • 28-29 aprel, 2014-cü il - AR Xarici işlər naziri E. Məmmədyarovun işgüzar səfəri (Vişeqrad Qrupu və Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü);
  • 3-4 noyabr, 2014-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun rəsmi səfəri;
  • 27- 28 iyun, 2016-cı il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri (Macarıstan-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri qismində Komissiyanın 6-cı iclasında iştirak);
  • 23-24 iyul, 2017-ci il - AR Xarici işlər naziri E. Məmmədyarovun rəsmi səfəri;
  • 30 avq.- 01 sent., 2017-ci il - AR Xarici işlər naziri E. Məmmədyarovun işgüzar səfəri (Vişeqrad Qrupu və Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü);
  • 29 iyun, 2018-ci il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun rəsmi səfəri;
  • 29 mart, 2019-cu il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 20 sentyabr, 2019-cu il - AR Xarici işlər naziri E. Məmmədyarovun işgüzar səfəri (TDƏŞ-in nümayəndəliyinin açılışı);
  • 17 iyul, 2020-ci il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 10 mart, 2021-ci il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 2-3 fevral, 2022-ci il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri (Macarıstan - Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri qismində Komissiyanın 8-ci iclasında iştirak);
  • 2-3 iyun, 2022-ci il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri (27-ci Bakı Enerji Forumunda iştirak);
  • 3 fevral, 2023-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 10 iyul, 2023-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 4-5 sentyabr, 2023-cü il - AR Xarici işlər naziri C.Bayramovun rəsmi səfəri;
  • 23-24 noyabr, 2023-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 25 aprel, 2024-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri;
  • 5 iyun, 2024-cü il - Macarıstan Xarici işlər və ticarət naziri P.Siyyartonun işgüzar səfəri.

 

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

 

Azərbaycan ilə Macarıstan arasında 50-dən artıq sənəd imzalanmışdır.

 

İmzalanmış əsas sənədlər:

 

  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Macarıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol - Bakı, 28 fevral 1997;
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri olan vətəndaşların vizasız gediş-gəlişinə dair Saziş - 1999;
  • Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş - Bakı, 18 may 2007
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya - Budapeşt, 18 fevral 2008
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş - Budapeşt, 18 fevral 2008
  • Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş - Budapeşt, 9 oktyabr 2012
  • Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə - Budapeşt, 11 noyabr 2014
  • Azərbaycan Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş - Budapeşt, 11 noyabr 2014
  • Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş - Vyana, 8 dekabr 2017
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı
  • Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə - Budapeşt, 30 yanvar 2023
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Macarıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol - Budapeşt, 30 yanvar 2023  


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti