“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Qeyri-iş günləri
Qeyri-iş günləri
Qeyri-iş günləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 9 dekabr tarixli 447 və 448 nömrəli Qərarlarına əsasən 2024-cü ildə aşağıdakı günlər qeyri-iş günləri hesab edilir:
 
1, 2 yanvar – Yeni il bayramı;
 
20 yanvar – Ümumxalq Hüzn günü;
 
8 mart – Qadınlar günü;
 
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
 
10, 11 aprel – Ramazan bayramı;
 
9 may – Faşizm üzərində Qələbə günü;
 
28 may – Müstəqillik Günü;
 
15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
 
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
 
16, 17 iyun – Qurban bayramı;
 
8 noyabr – Zəfər Günü;
 
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
 
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
 
2024-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4, 5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri istirahət günləridir.
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 24 fevral tarixli 100 nömrəli Qərarına əsasən 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti