“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Ümumvətəndaş pasportu

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla,vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

 

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

 

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket; (ərizə-anket forması) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 və 1.9 saylı qrafalardakı suallara tam cavab verin və 1.9 saylı qrafanın altında (Şəxsi imzası) və 16 saylı qrafada imza edin.

2. 1 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); 

3. Pasportun əsli; Pasportun əslindən əlavə olaraq pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin olduğu səhifələrin surətləri;

4. Şəxsiyyət vəsiqəsi;

5. Doğum haqqında şəhadətnamənin surəti (yeni doğulmuş şəxslərə şamil olunur);

6. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi;

7. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 25 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;

Səfirlik tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.

Benefisiarın adı:  Embassy of Azerbaijan

Benefisiarın bankının adı: OTP Bank

IBAN: HU43 1176 4063 1677 0881 0000 0000

Hesab nömrəsi: 11764063-16770881

SWIFT:  OTPV HUHB

8. Ümumvətəndaş pasportu itdiyi və ya oğurlandığı hallarda yaşadığınız yerin polis idarəsindən pasport itdiyi üçün müraciət etdiyinizə dair arayış;

9. Hərbi bilet və ya möhlət hüququ verən sənəd

10. Pasportun çap üstünlüyünə uyğun olaraq dövlət rüsumunun ödənilməsi. Pasportun çapı üçün ödənilən məbləğ ancaq pasportu dəyişdirilən şəxsin adına (FİN əsasında) olmalıdır. https://asanpay.az/intro/home --- Rüsum, Vergi və Gömrük ödənişləri --- Daxili İşlər Nazirliyi

 

 

Qeyd:
Soyad dəyişdirildiyi təqdirdə yuxarıda qeyd edilən sənədlərə soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin (Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş) surəti əlavə olunmalıdır. Soyadın dəyişdirilməsi haqqında Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəhadətnamə olmadığı təqdirdə Səfirlik tərəfindən "Soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə" alınmalıdır.
Nikahla əlaqədar soyad dəyişdirilibsə aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Soyadın nikahla əlaqədar dəyişdirilməsinə dair ərizə (sərbəst formada);

2. Nikah haqqında şəhadətnamənin surəti;

3. Doğum haqqında şəhadətnamənin surəti.

 

Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə inzibati cərimənin dərəcələri və ödənilmə qaydaları
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 AZN miqdarında cərimə edilirlər.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti