Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri
Anlayışı
Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.
Kateqoriyaları
Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.
Növləri
Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:
1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.
2. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Məqsədləri
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə ölkəyə gələrsə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:
• işgüzar
• elmi və təhsil
• əmək
• turizm
• mədəniyyət və idman
• humanitar
• şəxsi səfər
• müalicə
Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.
Vizanın verilməsi üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
1. Viza almaq üçün ərizə-anket portalı
- Dəvət edən şəxsin şəxsiyyət vəsiqəsinin notariusda təsdiq olunmuş sürəti:
- Dəvət edən şəxsin dəvətçinin xərclərini (bilet, qalmaq və yemək) qarşılamağını təsdiq edəcək və notarisda təsdiq olunmuş dəvət məktubu:
3. Ümumvətəndaş passportu:
- sənədin əsli və əsas üz səhifəsinin sürəti;
- pasportun etibarlıq müddəti ən azı vizanın bitmə tarixindən 3 ay öncə olmalıdır;
- pasportun ən azı 2 boş səhifəsi olmalı;
4. Macarıstanda oturma icazəsi kartını təqdim etməlidir (qeyri-Macarıstan vətəndaşları üçün)
- oturma icazəsi kartının əsli və sürəti;
- oturma icazəsi kartının bitmə tarixi viza müddətinin bitməsindən ən azı üç ay çox olmalıdır;
5. Şəkil:
- son 6 ayda çəkilmiş ağ-qara fonda olan 2 ədəd biometrik şəkil;
- şəklin ölçüsü 3x4 formada olmalıdır, əks halda sənədlər qəbul edilməyəcək;
6. Səfər edən şəxsin qalacağı müddət ərzində tibbi sığortası tələb olunur (əgər dəvət edən tərəf tibbi sığortanı öz üzərinə götürmürsə)
7. Səyahət bileti;
8. Otel sifarişi
9. İş yerindən arayış
10. Səfər edən şəxsin bank hesabı göstərilməli, hansı ki şəxsin Azərbaycana səfər, qalma və dönüş xərclərini qarşılamağa kifayət etsin.
11. Visa rüsumu (yalnız bank vasitəsilə ödəmə, nəğd və ya kredit kartı qəbul edilmir):
Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:
birdəfəlik giriş vizası üçün - 35 Avro
çoxdəfəlik giriş vizası üçün - 35 Avro
tranzit vizaları üçün - 20 ABŞ dolları
Ödənilmə ünvanı
Səfirlik tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.
Benefisiarın adı: Embassy of Azerbaijan
Benefisiarın bankının adı: OTP Bank
IBAN: HU43 1176 4063 1677 0881 0000 0000
Hesab nömrəsi: 11764063-16770881
SWIFT: OTPV HUHB
Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.
Tranzit səfər:
Tranzit vizanın etibarlıq müddəti 5 gündür;
Səfər edəcəyi ölkənin vizası, səfər edəcəyi ölkəyə giriş bileti və səfəri təsdiq edəcək digər sənədlər
Tranzit vizanın rüsumu 20 $ (USD) – təktəfli, 40 $ (USD) – ikitərəfli
Vacib qeydlər:
- Blankdakı bütün suallar cavablandırlmalıdır, əks halda qəbul edilməyəcək;
- Vizaya baxılması prosesi 10 gün müəyyən edilir (30 günədək artırıla bilər).
- Müraciətçinin şəxsən özü səfirliyin konsulluq xidmətinə müraciət etməlidir;
- 15 gündən artıq Azərbaycanda qalacaq şəxslər mütləq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
- 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.
- Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği “Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.
Dövlət rüsumunun ödənilməsindən azadolmalar
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına gələn aşağıdakı kateqoriya əcnəbi və vətəndaşlığı olmayan şəxslərə viza verilməsinə görə dövlət rüsumu tutulmur:
- Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslər;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlər;
- Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlər;
- Müdafiə xətti ilə səfər edənlər.
Vizasız rejim tətbiq edilən ölkələrin siyahısı.
Azərbaycan Respublikasına giriş vizaların rəsmiləşdirilməsinə görə müvafiq ölkələrin vətəndaşlarından tutulan dövlət rüsumunun dərəcələri