“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Səfirin müraciəti
Ceyhun Bayramov
Esmira Cəfərova
Səfir

Əziz dostlar!

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz. Burada Azərbaycan, səfirliyimiz və ölkələrimiz arasındakı ikitərəfli əlaqələr barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyinin özünəməxsusluğu və təbiətinin gözəlliyi ilə seçilir. Ümummilli Liderimiz Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çoxvektorlu xarici siyasət kursuna sadiq qalan Azərbaycan Respublikası  öz xarici siyasətində mehriban qonşuluq prinsipini əsas tutaraq beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edir, etibarlı tərəfdaş kimi seçilir. Ölkəmiz enerji və nəqliyyat sahəsində həyata keçirilən regional layihələrin həm təşəbbüsçüsü, həm də iştirakçısı olaraq Avropa və digər qonşu regionların enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktyorlardan birinə çevrilmişdir.

44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üçün qarşıda duran əsas məqsədlər qonşu dövlətlərlə sülh və əmin-amanlıq şəraitində yaşamaq, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və sosial inkişafına töhfə verməkdir.  

Azərbaycan və Macarıstan arasında mövcud dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın rifahına xidmət edir. Ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edirlər. Səfirliyimiz qarşılıqlı faydalı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində çalışır. 

Azərbaycana səfər edərək ölkəmizin rəngarəng təbiəti ilə tanış olmaq, tarixi məkanlara baş çəkmək, eləcə də Xəzər dənizinin sahillərində istirahət etmək istəyərsəniz, internet səhifəmizdəki konsulluq xidməti və viza bölməsindən lazımi məlumat ala bilərsiniz.

Azərbaycanın Macarıstandakı Səfirliyi olaraq sizin istənilən sualınızı cavablandırmağa, lazımi kömək və dəstəyi göstərməyə hər zaman hazırıq.

Sizləri ölkəmizdə görməkdən şad olardıq!

 

Hörmətlə,

 

Səfir

Esmira Cəfərova

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti