“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 mart 2017

17 mart tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Səfirlikdə Novruz bayramı münasibətilə bayram tədbiri keçirilmişdir

17 mart tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Səfirlikdə baharın gəlişi - Novruz bayramı münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə səfirliyin əməkdaşları, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Səfirliyin müşaviri Q. Həsənov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib.Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən Q. Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasını müsbət məqam kimi qiymətləndirib. Belə ki, Macarıstanda tələbələrimiz də ölkəmizin sürətli inkişafının, zəngin mədəni irsinin və əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində fəallıq göstərir, önəmli təşəbbüslər həyata keçirirlər. 

Q. Həsənov xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisi tərəfindən mart ayının 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və  Novruzun 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışmışdır.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılmış, samovar çayı dəmlənmiş və sonda Səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti