“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2025

20 Yanvar – Ümumxalq Hüzn Günü Budapeştdə yad edilib

Yanvarın 20-də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Budapeşt şəhərindəki Azərbaycan Evinin və Azərbaycan-Macarıstan Dostluq Cəmiyyətinin rəhbərliyi, Macarıstanda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində səfirlikdə 20 Yanvar faciəsi qurbanlarının şərəfinə yaradılmış xatirə guşəsinin önünə gül dəstələri qoyulub, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə 20 Yanvarın xalqımızın qalibiyyət tarixində mühüm yer tutduğunu qeyd edib, Ulu Öndər Heydər Əliyev tərəfindən bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün atılan addımlar barədə danışıb. Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti