“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 may 2016

28 May – Respublika Günü münasibətilə Budapeşt şəhərində rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Azərbaycanın dövlət bayramı – Respublika günü münasibəti ilə Budapeştin “Rits-Karlton” otelində qəbul təşkil edib.

Qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev ölkəmizin keçdiyi tarixi inkişaf yolundan və son illər xüsusi intensivliyi ilə seçilən Azərbaycan-Macarıstan münasibətlərindən danışıb. Səfir bu il həm də sovet imperiyasının süqutu ərəfəsində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi olduğunu xatırladaraq erməni işğalının bütün acı nəticələrinə baxmayaraq ölkəmizin yalnız Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında ən uğurla inkişaf edən və öz iqtisadi qüdrətini ilbəil artıran dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb.

Qəbula rəsmi qonaq statusunda qatılan Macarıstan Xarici İşlər və Ticarət nazirliyinin dövlət katibinin müavini, Macarıstanın Azərbaycandakı keçmiş səfiri Jolt Çutora həyatının ən gözəl illərini ölkəmizdə keçirdiyini etiraf edərək Azərbaycan xalqını bir daha sevimli bayramı münasibəti ilə təbrik etmiş, tarixi köklərlə bağlı olan Azərbaycan və macar xalqları arasında dostluq və qarşılıqlı anlaşma ruhunun bundan sonra daha geniş vüsət alacağına əminliyini bildirmişdir.

Qəbulda Budapeştdə akkreditə olunan diplomatik korpusun üzvləri, Macarıstanın müxtəlif nazirlik, idarə və təşkilatlarının nümayəndələri, iş adamları, jurnalistlər, alimlər, Azərbaycan diasporunun təmsilçiləri və ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
 
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti