“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2023

Azərbaycan şərabları Macarıstanda keçirilən festivalda təqdim olunub

Azərbaycan Macarıstanın Solnok şəhərində təşkil edilən yeddinci şərab festivalında fəxri qonaq qismində iştirak edib. Səfir Tahir Tağızadə yerli KİV nümayəndələrinə müsahibə verib və festivalda açılış nitqi ilə çıxış edib. Açılışın ardından Macarıstanın yerli şərab istehsalçıları ilə görüş keçirilib və Azərbaycan şərabları onlara təqdim olunub. Festivalda həmçinin Macarıstanda yaşayan azərbaycanlı və türk gənclərin ifasında Azərbaycan mahnıları səsləndirilib. Festival çərçivəsində Azərbaycan şərabları, milli mətbəximizin təamları, ölkəmiz barədə materiallar yerli ictimaiyyətin diqqətinə təqdim olunub və macar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti