Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstana səfər edib
Səfər zamanı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilmiş görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyəti vurğulanıb, iqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə aparılıb.