“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 avqust 2021

Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bu ölkənin “Xidmətə görə” Ordeninin Komandor dərəcəsi ilə təltif olunub

Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyevə bu ölkənin “Xidmətə görə” Ordeninin Komandor dərəcəsi təqdim olunub.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində (XİN) bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Macarıstanın Xarici işlər və Ticarət Nazirliyinin Təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar, təhsil və mədəniyyət sahələrində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, münasibətlərin 2014-cü ildə Strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalanması ilə daha da möhkəmləndiyini diqqətə çatdırıb.

Dövlət katibi bir neçə dəfə Azərbaycanda səfərdə olduğunu bildirib, 44 günlük müharibədə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbriklərini çatdırıb. Sonuncu səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdiyi vandalizmin şahidi olduğunu deyən dövlət katibi həmin bölgələrdə aparılacaq bərpa və yenidənqurma işlərində Macarıstanın yaxından iştirak etmək istəyindən danışıb.

Fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə sabiq səfir Vilayət Quliyev Macarıstan dövlətinə və hökumətinə minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti