“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2025

Budapeştdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Macarıstanın paytaxtı Budapeştdə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Budapeştdəki Azərbaycan Evində təşkil olunan tədbirdə bu ölkədəki səfirliyimizin əməkdaşları, həmçinin Macarıstanda səfərdə olan Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) nümayəndələri, eləcə də Macarıstanda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Mərasimdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli Xocalı soyqırımının dəhşətlərindən danışıb, faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini diqqətə çatdırıb.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə isə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün tam bərpa olunduğunu vurğulayıb. Xocalı cinayətkarlarının bir hissəsinin Bakıda ədalət məhkəməsi qarşısında cavab verdiklərini nəzərə çatdırıb.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov belə faciələrin təkrarlanmaması üçün hər bir həmvətənimizin Xocalıya ədalət tələb etməsinin vacibliyini vurğulayıb.

Çıxışlardan sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanatı səsləndirilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib, Gənclər Fondunun dəstəyi ilə çəkilmiş “Əsirlikdə 8 gün” filmi nümayiş olunub.

 

Mənbə: https://azertag.az/xeber/budapestde_xocali_soyqirimi_qurbanlarinin_xatiresi_yad_edilib-3436727

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti