“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 dekabr 2019

Budapeştdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Cari ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə tədbir keçirilib. Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Macarıstanda təhsil alan tələbələrlə yanaşı Azərbaycan diasporunun təmsilçiləri də iştirak ediblər.

Səfir Vilayət Quliyev tədbiri giriş nitqi ilə açaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə soydaşlarımızı təbrik edib. Səfir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu, bu əlamətdar tarixin dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında birliyin yaradılması və onların təşkilatlanması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, ölkəmizin maraqlarının xaricdə müdafiə olunması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı zaman-zaman həyata keçirdiyi işğalçılıq və soyqırım siyasətinin ifşa edilməsində həmvətənlərimizi, əsasən də xaricdə təhsil alan tələbələrimizi fəal olmağa çağırmış və bu istiqamətdə Səfirlik tərəfindən də lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda ziyafət verilib.

   

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti