“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 may 2020

Etibarlıq müddəti bitmiş və bitməkdə olan Azərbaycan Respublikası ümumvətəndaş pasportların sahiblərinin diqqətinə!!!

Hörmətli həmvətənlər,

Qlobal pandemiya dövründə Macarıstan ərazisindəki Azərbaycan Respublikasının vətəndaşlarının etibarlıq müddəti bitmiş və bitməkdə olan pasportlarının yenisi ilə əvəz edilməsində qarşılaşdıqları çətinlikləri nəzərə alaraq, aşağıdakı məlumatı diqqətinizə çatdırmaq istərdik:

- Macarıstan ərazisindəki Azərbaycan vətəndaşlarının qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərinin hüququ tənzimlənməsi üçün etibarlıq müddəti 1 yanvar 2020-ci il tarixində bitmiş və ya bitəcək ümumvətəndaş pasportlarının etibarlıq müddəti 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab edilir;

- Macarıstanda pasportlarının etibarlıq müddəti bitmiş Azərbaycan vətəndaşları vətənə qayıtmaq istədiyi təqdirdə Səfirlik tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin olunacaqdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti