“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 may 2019

“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi macar dilində nəşr olunub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi görkəmli publisist, xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” üçcildliyinin macar dilinə tərcüməsini və nəşrini başa çatdırıb.

Kitab səfir Vilayət Quliyevin ümumi redaktəsi altında çap olunub. Üçcildliyi macar dilinə tanınmış tərcüməçi Tamaş Varhegi çevirib. Kitab Macarıstanın 150-yə yaxın kitabxanasına, habelə Budapeştdə akkreditə olunan xarici ölkə səfirliklərinə hədiyyə edilib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti