İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub
Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.
Macarıstanın Baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Azərbaycan Prezidenti, Macarıstanın Baş naziri və xanımları birgə foto çəkdirdilər.
Sonra Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın təkbətək görüşü oldu.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olundu. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.