“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2019

Macarıstanın Budapeşt şəhərində Xocalı Soyqrımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Cari ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan icması və bu ölkədə təhsil alan Azərbaycanlı və xarici tələbələrin iştirakı ilə Budapeştin mərkəzində yerləşən məşhur “Basilica” kilsəsinin önündəki mərkəzi meydanda Xocalı Soyqırımın 27-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

70-ə yaxın iştirakçının qatıldığı tədbir zamanı Xocalı qətliamına həsr edilmiş plakatlar və stendlər nümayiş etdirilmiş, habelə Səfirlik tərəfindən macar və ingilis dillərinə tərcümə edilmiş Xocalı Soyqırımına və Azərbaycanın əzəli torpağı – Qarabağa aid kitablar, broşür, bukletlər seyrçilərə və turistlərə paylanılıb. Bundan əlavə, tələbələr Xocalı Soyqırımı haqqında Budapeştin yerli sakinlərinə və qonaqlarına ingilis və macar dillərində ətraflı məlumat verib.

Tədbir zamanı aksiya iştirakçıları tərəfindən kilsənin önündə şamlar yandırılıb və güllər qoyulub.

Aksiya “Justice for Khojali” – “Xocalıya Ədalət” şüarının ucadan səsləndirlməsi və Azərbaycan himninin oxunması ilə bitib.

       

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti