“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 may 2018

Mayın 30-da Azərbaycanın Macarıstandakı Səfirliyində “Young Business Factory” 4-cü Budapeşt Biznes layihəsində iştirak edən Azərbaycan nümayəndə heyətinin səfir Vilayət Quliyevlə görüşü keçirilib

Mayın 30-da Azərbaycanın Macarıstandakı Səfirliyində “Young Business Factory” 4-cü Budapeşt Biznes layihəsində iştirak edən Azərbaycan nümayəndə heyətinin səfir Vilayət Quliyevlə görüşü keçirilib.  

Nümayəndə heyətinin rəhbəri Tahir Ələkbərov görüş üçün minnətdarlığını bildirib, “Young Business Factory”-nin yaranması və fəaliyyət istiqaməti barədə məlumat verib.. O, proqram çərçivəsində mayın 24-dən başlayaraq Macarıstanın perspektivli universitetləri və sahibkarlıq müəssisələri ilə qarşılıqlı razılıq əsasında “EİT Budapest Node”, “European Commision” ,  “İBS- İnternational Business School” və "Central European University" təhsil müəssisələrində qəbul olunduqlarını geniş fikir mübadiləsi apardıqlarını bildirib. Səfirliyin fəaliyyəti ilə də maraqlandıqlarını bildirərək  bu barədə məlumat verməyi xahiş edib.

Səfir V.Quliyev Macarıstanla Azərbaycan arasında diplomatik münasibətlərin tarixindən, ölkələrimiz  arasındakı siyasi, iqtisadi, humanitar əlaqələr, yüksək səviyyəli səfərlər, iqtisadi və humanitar sahədə həyata keçirilən layihələr, azərbacanlı tələbələrin macar universitetlərində təhsili barədə danışıb.

Səfir Macarıstanda yaşayan soydaşlarımız barədə statistik rəqəmləri açıqlayıb və 2018-ci ilin aprel ayında Səfirlikdə ilk dəfə Prezident Seçkiləri keçirildiyini vurğulayıb..

V.Quliyev eyni zamanda "Young Busines Factory" layihəsinin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Səfirliyin təşkil etdiyi silsilə tədbirlər, xüsusi ilə də mayın 27-də keçirilən “100 tələbə” aksiyası barədə geniş danışıb.

Sonda səfir  layihə iştirakçılarını maraqlandıran çoxsaylı suallarına cavab verib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti