“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 iyul 2016

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata açıqlaması

Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti