"Stipendium Hungaricum" proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin Lakitelek şəhərinə səfəri təşkil olunub
Tələbələrimiz Lakitelek şəhərində yerləşən Hungarikum parka baş çəkmiş, Macarıstan Milli Assambleyasının vitse-spikeri Şandor Lejak, Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin departament rəisi Antal Hayzer və digər dövlət rəsmiləri ilə görüşmək imkanı əldə etmişlər. Səfər çərçivəsində gənclərimizi bir araya gətirəcək gənclər təşkilatı haqqında da qısa məlumat verilmişdir