“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2016

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahına səfər edib. Səfər zamanı Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı Səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi apardılar.

Macarıstanın Bakıdakı Səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycan Respublikasında əlaqələndirici səfiriyi kimi fəaliyyət göstərəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti