Subaylıq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə ərizəçi tərəfindən aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
1. ərizə;
2. şəxsiyyət vəsiqəsinin surəti;
3. ümumvətəndaş pasportunun surəti;
4. Macarıstanda yaşamaq icazəsini (residence permit) təsdiq edən sənədi surəti;
5. Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Qeyd:
-Subaylıq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
-Hər bir fiziki şəxs subaylıq barədə arayışı yalnız özü haqqında ala bilər.
-Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.
Səfirliyin bank rekvizitləri:
Beneficiary name: Embassy of Azerbaijan
Beneficiary bank: "OTP Bank"
Account number: 1176 3055 681 99 887
IBAN: HU50 1176 3055 6819 9887 0000 0000
SWIFT: OTPV HUHB