Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsasnamə" ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.
Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 3 (üç) ayadək davam edə bilər.
Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
18 yaşı tamam olmuş şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti;
- ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anket üçün tələb olunur!);
- 18-30 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
- ümumvətəndaş pasportu oğurlandıqda pasport sahibi və ya onun qanuni nümayəndəsi tərəfindən cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət edilməsi haqqında arayış;
- sənədlərin səfirlikdə tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur).
18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə isə doğum haqqında şəhadətnamənin əsli (xarici dövlət tərəfindən verildiyi təqdirdə Apostil verilmiş) və surəti;
- 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə qan qrupu haqqında arayış;
- ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə anketlər üçün tələb olunur!);
- ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi;
- hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti(pasport və ya şəxsiyyət vəsiqələri);
- ümumvətəndaş pasportu oğurlandıqda pasport sahibi və ya onun qanuni nümayəndəsi tərəfindən cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət edilməsi haqqında arayış;
- sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 avro məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur)
Səfirliyin bank rekvizitləri:
Beneficiary name: Embassy of Azerbaijan
Beneficiary bank: "OTP Bank"
Account number: 1176 3055 681 99 887
IBAN: HU50 1176 3055 6819 9887 0000 0000
SWIFT: OTPV HUHB
Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, AR-in ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir.
Yeni ümumvətəndaş pasportunun Səfirliyin konsulluq bölməsi vasitəsilə rəsmiləşdirilməsi üçün pasport üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra on iş günü ərzində ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq dövlət rüsumu ödənilməlidir.
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 60 manat.
Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə ASAN Xidmətdə aşağıdakı dövlət rüsumu ödənilməlidir:
- bir yaşınadək uşaqlar üçün - 25 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 55 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 75 manat.