Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi
Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə ərizəçi tərəfindən aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
1.ərizə;
2.şəxsiyyət vəsiqəsinin surəti;
3.ümumvətəndaş pasportunun surəti;
4.Macarıstanda yaşamaq icazəsini (residence permit) təsdiq edən sənədin surəti;
5.Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz.
Qeyd:
-Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.
-Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
-Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.
Beneficiary name: Embassy of Azerbaijan
Beneficiary bank: "OTP Bank"
Account number: 1176 3055 6819 9887
IBAN: HU50 1176 3055 6819 9887 0000 0000
SWIFT: OTPV HUHB