“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Məhkumluq haqqında arayış

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə ərizəçi tərəfindən aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

1.ərizə;

2.şəxsiyyət vəsiqəsinin surəti;

3.ümumvətəndaş pasportunun surəti;

4.Macarıstanda yaşamaq icazəsini (residence permit) təsdiq edən sənədin surəti;

5.Səfirliyin bank hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Qeyd:

-Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

-Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.

-Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.

Beneficiary name: Embassy of Azerbaijan

Beneficiary bank: "OTP Bank" 

Account number: 1176 3055 6819 9887

IBAN: HU50 1176 3055 6819 9887 0000 0000

SWIFT: OTPV HUHB

 

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti