Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

AZƏRBAYCAN RESPUBLİKASININ SƏFİRLİYİ BUDAPEŞT


Azərbaycan Respublikası vətəndaşının pasportunun 
dəyişdirilməsi və rəsmiləşdirilməsi qaydası

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddətinin keçməsinə 1 il qalmış onu yenisi ilə əvəzləmək üçün aşağıda göstərilən sənədləri Səfirliyə təqdim etməlidir. Pasportu dəyişdirmək və yaxud rəsmiləşdirmək hüququna yalnız konsulluq qeydiyyatında olan şəxslər malikdirlər. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır. 

Diqqət!!! Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti uzadılmır.

1. Ərizə-anket;


Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada  imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;

3. Rəngli fotoşəkil (35 mm x 45 mm); 

4. Pasportun əsli və surəti;

  • Yaşadığınız ölkənin səlahiyyətli orqanının verdiyi yaşayış üçün icazə sənədinin (A, B, C kateqoriyalı vizalardan başqa) surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi;
  • Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 45,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (rüsum ödənilərkən qəbzdə Ad və Soyad qeyd edilməlidir);

 

Səfirliyin Bank rekvizitləri : 

Embassy of the Republic of Azerbaijan, 
Hungary, 1067 Budapest, Eotvos str. 14,

OTP Bank hesab nömrəsi: 11764063-16770881

 

1. Əgər nikahla əlaqədar yeni pasportda soyad dəyişdirilirsə, onda nikah qeydinin aparılması haqqında sənədin surəti və Azərbaycan dilinə təsdiq olunmuş tərcüməsi, habelə Səfirliyin Konsulluq şöbəsi tərəfindən verilmiş “Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin” surəti;

2. Macarıstanda yaşayan 18 yaşına çatmamış uşaqların pasporta qeyd olunması üçün tələb olunan sənədlər:


a) Doğum haqqında şəhadətnamənin surəti;

b) 2 rəngli fotoşəkil (35 mm x 45 mm);

c) Uşaqların pasporta qeyd olunması üçün valideynlərin razılıq ərizəsi (valideynlərin imzaları notarius tərfindən təsdiq olunmalı və azərbaycan dilinə tərcümə olunmalıdır və ya valideynlərin imzalarının həqiqliyi Səfirliyin Konsulluq şöbəsi tərəfindən təsdiq olunmalıdır);

d) Nikah qeydi pozulmuşsa, Sizin ailə vəziyyətini təsdiq edən sənədlərin (boşanma haqqında şəhadətnamənin, məhkəmə qərarının və s.) surətləri;

3. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsinin AR Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli. Qəbzdə Sizin soyadınız, adınız, ata adınız və yaşadığınız ölkədə ünvanınız göstərilməlidir.

 

Beneficiary Bank              The International Bank of Azerbaijan
S.W.I.F.T. Code                    IBAZAZ2X
Beneficiary                         TREASURY DEPARTMENT OF
                                               CENTRAL GOVERNMENTAL
                                               ORGANIZATIONS (XIN)
Beneficiary account         COR-328518-EUR-3211-01

 18 yaşına çatmış vətəndaşlar üçün pasportların rəsmiləşdirilməsi

Azərbaycan Respublikası vətəndaşının 18 yaşı tamam olduqda ona ümum vətəndaş pasportu rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər. 

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket;

Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada  imza edin. 

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə;  

3. 2 rəngli fotoşəkil (35 mm x 45 mm); 

4. Doğum haqqında şəhədətnamənin əsli və ya təsdiq edilmiş surəti; 

5. Qan qrupu haqqında arayış və onun tərcüməsi; 

6. Ərizəçinin valideyninin pasportunun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin azərbaycan dilinə; 

7. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi; 

8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 33,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (qəbzin iki surətində Soyad və sd göstərilməlidir);
 

Səfirliyin Bank rekvizitləri : 

Embassy of the Republic of Azerbaijan, 
Hungary, 1067 Budapest, Eotvos str. 14,

OTP Bank hesab nömrəsi: 11764063-16770881

 

9. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Macarıstandakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir! 
Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.


Beneficiary Bank                                      The International Bank of Azerbaijan
S.W.I.F.T. Code                                            IBAZAZ2X
Beneficiary                                                 TREASURY DEPARTMENT OF
                                                                       CENTRAL GOVERNMENTAL
                                                                       ORGANIZATIONS (XIN)
Beneficiary account                                   COR-328518-EUR-3211-01

10. Inzibati cəza “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.


Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 331) əsasən, vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə


 Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);
 Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən 20 avro miqdarda inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.

Cərimə ödənilməsi üçün bank rekvizitləri aşağıdakılardır: 

Beneficiary: State Treasury Agency
Beneficiary’s Bank: Central Bank of Republic of Azerbaijan
Beneficiary’s account No: 0132130001954
SWIFT code: NABZAZ2X
Bank address: Azerbaijan, Baku, R.Behbudov str. 32, AZ 1014

Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşının pasportu xarici ölkə ərazisində yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya vətəndaş vəfat etdikdə müvafiq pasport dərhal Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının müvafiq ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verilməlidir.

Search in archive