Konsulluq bölməsiylə əlaqə
Pre-booking for document submission is mandatory and is done via the following website: https://appointment.mfa.gov.az/en
Ünvan: 1067 Budapeşt, Eötvös küç. 14
Tel.: (36 1) 374 60 70, 374 60 71 (daxili 113)
Fax.: (36 1) 302 35 35
E-mail: consul_budapest@mission.mfa.gov.az
İş qünləri: Bazar ertəsi, Çərşənbə və Cümə 10:00 – 12:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq Hüzn günü;
8 mart – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
21, 22 aprel – Ramazan bayramı;
9 may – Faşizm üzərində Qələbə günü;
28 may – Müstəqillik Günü;
15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
28, 29 iyun – Qurban bayramı;
8 noyabr – Zəfər Günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.