Qısa arayış

Azərbaycanla Macarıstan arasında elm-təhsil, mədəniyyət, təhlükəsizlik, ədliyyə (hüquq-mühafizə) səhiyyə, idman. televiziya və digər sahələrdə də əməkdaşlıq davam etdirilir və istər ikitərəfli əsasda, istərsə də beynəlxalq tədbirlərdə iştirak məqsədilə aidiyyəti qurumların təmsilçilərinin qarşılıqlı səfərləri həyata keçirilir. Qeyd olunan sahələr üzrə iki ölkə arasında aşağıdakı sənədlər imzalanmışdır:

  • Televiziya sahəsində əməkdaşlığa dair Saziş (AR İTV və Macarıstanın DUNA TV arasında) - Bakı, 3 fevral 2006
  • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - Bakı, 11 noyabr 2011
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş - Bakı, 11 noyabr 2011
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - Bakı, 11 noyabr 2011
  • Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş - Budapeşt, 9 oktyabr 2012
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı
  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahəsində əməkdaşlıq haqqında Saziş - Budapeşt, 11 noyabr 2014
  • Bakı şəhəri (Azərbaycan Respublikası) İcra Hakimiyyəti ilə Budapeşt şəhər (Macarıstan) Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol - Budapeşt, 11 noyabr 2014
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı - Vyana, 7 dekabr 2017
  • Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi ilə Macarıstanın insan Resursları nazirliyi arasında Mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram- Budapeşt, 25 aprel 2019

Qeyd edilməlidir ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği istiqamətində bir sıra əməli  işlər görülmüş və bu sahədə fəaliyyət davam etdirilməkdədir. Azərbaycan təbliği istiqamətində Səfirliyin istifadə etdiyi əsas üsullardan biri Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitabların macar dilinə tərcüməsi, nəşri, yayılması, habelə ölkəmizin tanınmış musiqiçilərinin iştirakı ilə konsertlərin təşkili olunmasıdır.

Bununla yanaşı, iki ölkənin elm-təhsil müəssisələri arasında əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə xüsusi önəm verilmiş, mövcud əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, yeni universitetlərlə də əlaqələr qurulmuşdur.

Səfirlik fəaliyyəti dövründə həmçinin Macarıstandakı Azərbaycan icması ilə müxtəlif sahələrdə işlərin aparılmasına xüsusi diqqət yetirmişdir. İcma üzvlərinin Səfirlikdə keçirilən tədbir və diplomatik qəbullarda iştirakı təmin edilmiş, bundan əlavə xüsusi olaraq Azərbaycan icmasının iştirakı ilə bir sıra mədəni tədbirlər təşkil edilmişdir.

Macarıstandakı Azərbaycan icmasının tərkibi 3 kateqoriyadan ibarətdir:

  • Macarıstan vətəndaşı olan azərbaycanlılar;
  • Macarıstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
  • Macarıstanda təhsil alan azərbaycanlı tələbələr.

Hazırda Macarıstanda 100-dək Azərbaycanlı yaşayır və onlar əsasən paytaxt Budapeşt şəhərində məskunlaşmışdır. Bunlardan əlavə, Azərbaycanla Macarıstan arasında təhsil sahəsində imzalanmış sənədlər çərçivəsində 2015-ci ildən etibarən hər il 200-dək Azərbaycanlı Macarıstanın ali təhsil müəssisələrində təhsil almağa göndərilir. 2019-cu ilin iyun ayına olan məlumata əsasən bu ölkənin müxtəlif ali təhsil müəssisələrində 800-dək azərbaycanlı tələbə təhsil alır.

Azərbaycan icmasının üzvləri Novruz bayramı, Xocalı soyqırımının ildönümü, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər, Respublika günü münasibətilə ilə rəsmi qəbul və digər tədbirlərdə yaxından iştirak edirlər.

Macarıstandakı Azərbaycan diasporunun fəal nümayəndələri aşağıda qeyd olunan şəxslərdir: 

  • Svetlana Abdullayeva - Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
  • Ramiz Əmirli - Macar-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri
  • Nazim Ağamalıyev - Hun-Az təşkilatının sədri
  • İbrahim Səfərli - Azərbaycan-Macarıstan Gəncləri Birliyinin sədri
  • Rəşad Mehbalıyev - Azərbaycan-Macarıstan Gəncləri Birliyinin sədr müavini
  • Ilham Əliyev - Iş adamı
  • Cəbrayıl Nağıyev- Iş adamı
  • Sevinc Muciri – İş adamı
  • İslam Fərəczadə - Həkim
  • Aynur Fahmi - Həkim
  • Faiq Xəlilov – İş adamı
  • Gülşən Hacıyeva – mühəndis
  • Natavan Kroo – Tərcüməçi
  • Elena Qlod – Həkim-cərrah

Yenilənmə tarixi: 01.07.2019

Arxiv üzrə axtarış