Doğumun qeydə alınması
Doğum haqqında məlumat Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinə uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları);
2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
3. valideynlərin doğum haqqında şəhadətnamələri;
4. valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər;
5. uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə);
6. doğum faktını, vaxtını və konsul dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış (tibb müəssisəsinin yerləşdiyi ilin sağlıq müdirliyi tərəfindən adi qaydada və valiliyi tərəfindən apostil qaydasında təsdiq edilmiş şəkildə).