2016

Mədəniyyət, incəsənət

8 may tarixdə Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərovun Macarıstan paytaxtının populyar musiqi mərkəzlərindən biri sayılan  "Budapest Jazz Club"da geniş konsert proqramının təşkil edilməsində yaxından iştirak edib.

İyun ayının 21-də Budapeştdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir. Sərgi Azərbaycanın Macarıstandakı Səfirliyinin dəstəyi ilə bu ölkədə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti və ölkəmizin “Sönməz Məşəl” adlı Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən təşkil edilmişdir.

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində “Tarixi həqiqətlərin izi ilə” adlı sənədli filmin təqdimatı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ərsəyə gəlmiş filmdə ermənilərin tarixən ilk xristian dövləti olması ilə bağlı əsassız iddialar tutarlı arqument və dəyərli faktlarla təkzib edilir, onların Cənubi Qafqaza sonradan gəlmələri sübuta yetirilir. Bundan əlavə, filmin ikinci hissəsində qədim Azərbaycan torpağı olan Yerevanla bağlı, bu şəhərin tarixində mühüm rol oynamış müsəlman icması, tarixi İrəvan xanlığı haqqında geniş məlumat verilir.

Budapeşt şəhərində Yunis İmrə Türk Kültürü institutunda sentyabrın 25-dən 28-nə qədər XI Beynəlxalq Böyük Türk qurultayı keçirilmişdir.   Qurultayda Azərbaycan MEA-nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun rəhbərliyi ilə Azərbaycan türkoloq və dilçilərinin də bir qrupu iştirak etmişdir.

27 noyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində sayca altıncı diplomatik xeyriyyə bazarında iştirak etmişdir. Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi tədbir Macarıstan Respublikası prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilmişdir. Tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri, müxtəlif mədəniyyət mərkəzləri və digər qurumlar iştirak etmişdir.

Ölkəmizin Macarıstandakı səfirliyi ayrıca güşə ilə təmsil olunmuşdur. Azərbaycan milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər tədbir iştirakçılarına təqdim edilmişdir. Nümayişi izləyən və xoş təəssüratlarını dilə gətirən prezident xanımı A.Herseq, Azərbaycan stendi ilə yaxından tanış olmuşdur.

Yenilənmə tarixi: 01.07.2019

Arxiv üzrə axtarış