Visa üçün tələblər

Səfərin növləri:

Turist səfəri:

Turist vizası ilə olkədə qalma müddəti maximum 30 gündür
Turist vizasını rəsmiləşdirmək üçün səfərin məqsədini özündə əks etdirən turist vouçeri və ya bilet və otel sifarişi tələb olunur:

1.Viza almaq üçün ərizə-anket portalı

2.Vəsatət (Azərbaycan Respublikası vətəndaşı tərəfindən dəvət olunan əcnəbi vətəndaş üçün)

Viza üçün müraciət (əlavə sənədlər):

3. Ümumvətəndaş passportu:

  • sənədin əsli və əsas üz səhifəsinin sürəti;
  • pasportun etibarlıq müddəti ən azı vizanın bitmə tarixindən 3 ay öncə olmalıdır;
  • pasportun ən azı 2 boş səhifəsi olmalı;

4. Macarıstanda oturma icazəsi kartını təqdim etməlidir (qeyri-Macar vətəndaşları)

  • oturma icazəsi kartının əsli və sürəti;
  • oturma icazəsi kartının bitmə tarixi viza müddətinin bitməsindən ən azı üç ay çox olmalıdır;

5. Şəkil:

  • son 6 ayda çəkilmiş ağ-qara fonda olan 2 ədəd biometrik şəkil;
  • şəklin ölçüsü 3x4 formada olmalıdır, əks halda sənədlər qəbul edilməyəcək;

6. Səfər edən şəxsin qalacağı müddət ərzində tibbi sığortası tələb olunur (əgər dəvət edən tərəf tibbi sığortanı öz üzərinə götürmürsə)

7. Səyahət bileti;

8. Otel sifarişi 

9. İş yerindən arayış

10. Səfər edən şəxsin bank hesabı göstərilməli, hansı ki şəxsin Azərbaycana səfər, qalma və dönüş xərclərini qarşılamağa kifayət etsin.

11. Visa rüsumu (yalnız bank vasitəsilə ödəmə, nəğd və ya kredit kartı qəbul edilmir):

Viza rəsmiləşdirilməsi üçün tələb olunan Dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6  və 16.1.7-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizası üçün - 35 Avro

çoxdəfəlik giriş vizası üçün - 35 Avro

tranzit vizaları üçün - 20 ABŞ dolları

Diqqət! Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

Ödənilmə ünvanı

Səfirlik tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.

Benefisiarın adı:  Embassy of Azerbaijan

Benefisiarın bankının adı: OTP Bank

IBAN: HU43 1176 4063 1677 0881 0000 0000

Hesab nömrəsi: 11764063-16770881

SWIFT:  OTPV HUHB

 

İşgüzar səfər:

Dəvət edən təşkilatın, şirkətin Azərbaycan dilində dəvətnaməsi və həmin dəvətnamədə dəvət edən şəxs, onun məqsədi və Azərbaycanda qalma müddətini qeyd etməlidir (imza və möhürlənmiş şirkət blankında ancaq) həmin şirkətin, dəvət edən təşkilat dövlət qeydiyyatından keçməsi haqqında sənəd

 

Şəxsi səfər:

Dəvət edən şəxsin şəxsiyyət vəsiqəsinin notariusda təsdiq olunmuş sürəti:
Dəvət edən şəxsin dəvətçinin xərclərini (bilet, qalmaq və yemək) qarşılamağını təsdiq edəcək və notarisda təsdiq olunmuş dəvət məktubu:

 

Tranzit səfər:

Tranzit vizanın etibarlıq müddəti 5 gündür;
Səfər edəcəyi ölkənin vizası, səfər edəcəyi ölkəyə giriş bileti və səfəri təsdiq edəcək digər sənədlər
Tranzit vizanın rüsumu 20 $ (USD) – təktəfli, 40 $ (USD) – ikitərəfli

Vacib qeydlər:
Viza üçün müraciət blankı müraciətçinin özü tərəfindən doldurulmalıdır. Blankı doldurarkən qara və yalnız ÇAP HƏRFLƏRİNDƏN istifadə olunmalıdır.

  • Blankdakı bütün suallar cavablandırlmalıdır, əks halda qəbul edilməyəcək;
  • Vizaya baxılması prosesi 10 gün müəyyən edilir (30 günədək artırıla bilər).
  • Müraciətçinin şəxsən özü səfirliyin konsulluq xidmətinə müraciət etməlidir;
  • 15 gündən artıq Azərbaycanda qalacaq şəxslər mütləq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
  • 18 yaşı tamam olmamış uşaqlar üçün doğum haqqında şəhadətnamə tələb olunur (əsli və sürəti)
  • Vizaya müraciət edən şəxslər etiraz aldıqları halda, viza rüsumu geri qaytarılmır.
 

Arxiv üzrə axtarış