Konsulluq məsələləri
Azərbaycan Respublikası ilə Macarıstan arasında viza rejimi “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair saziş”lə tənzimlənir. Viza müraciəti üçün rüsumun məbləği 35 avrodur. Diplomatik və xidməti pasportlara malik şəxslər Macarıstan ərazisinə vizasız səfər edə bilərlər və ölkədə qalma müddəti 180 gün ərzində 90 günədəkdir. Macarıstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları viza əldə etmək üçün Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyin Konsulluq şöbəsinə müraciət etməlidir.
Ünvan: Bakı şəhəri, İçəri Şəhər, Mirzə Mənsur küçəsi, 72.
Telefon: +99412 497 45 81, +99412 497 4582.
Konsulluq şöbəsi: +99412 497 4583.
Macarıstanın “WizzAir” şirkəti tərəfindən mart ayından oktyabr ayınadək həftədə iki dəfə (bazar, çərşənbə günləri), oktyabr ayından mart ayınadək isə həftədə bir dəfə olmaqla (bazar günü) Budapeştdən Bakıya və geriyə birbaşa uçuşlar həyata keçirilir.
Macarıstan ərazisinə bir sıra kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz, ət və s.) gətirilməsində məhdudiyyətlər mövcuddur.
Macarıstan ərazisinə ev heyvanlarının gətirilməsi qaydaları barədə məlumatı http://www.pettravel.com/immigration/hungary.cfm internet ünvanından əldə etmək mümkündür.
Yenilənmə tarixi: 01.07.2019