İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Azərbaycan ilə Macarıstan arasında 50-dən artıq sənəd imzalanmışdır.

İmzalanmış əsas sənədlər:

  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri olan vətəndaşların vizasız gediş-gəlişinə dair Saziş - 1999;
  • Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş - Bakı, 18 may 2007
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya - Budapeşt, 18 fevral 2008
  • Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş - Budapeşt, 18 fevral 2008
  • Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş - Budapeşt, 9 oktyabr 2012
  • Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə - Budapeşt, 11 noyabr 2014
  • Azərbaycan Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş - Budapeşt, 11 noyabr 2014
  • Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş - Vyana, 8 dekabr 2017
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı 
  • Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə - Budapeşt, 30 yanvar 2023
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Macarıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol - Budapeşt, 30 yanvar 2023
  • Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu - Budapeşt, 30 yanvar 2023

 

 

Arxiv üzrə axtarış