Pasportların dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının dəyişdirilməsi

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.

Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.

1. Ərizə-anket; (ərizə-anket forması) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8 və 1.9 saylı qrafalardakı suallara tam cavab verin və 1.9 saylı qrafanın altında (Şəxsi imzası) və 16 saylı qrafada imza edin.

2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə; (Nümunə)
Ərizə notariat qaydada təsdiq olunmalı və nümunədə göstərilən məlumatlar öz əksini tapmalıdır (sənədlər ərizəçinin özü tərəfindən Səfirliyə şəxsən təqdim edildiyi zaman ərizənin notarial qaydada təsdiq olunmasına ehtiyac yoxdur):

3. 2 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); 

4. Pasportun əsli;
Pasportun əslindən əlavə olaraq pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin olduğu səhifələrin surətləri;

5. Şəxsiyyət vəsiqəsi;

6. Doğum haqqında şəhadətnamənin surəti (yeni doğulmuş şəxslərə şamil olunur);

7. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi;

8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 25 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;

Səfirlik tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.

Benefisiarın adı:  Embassy of Azerbaijan

Benefisiarın bankının adı: OTP Bank

IBAN: HU43 1176 4063 1677 0881 0000 0000

Hesab nömrəsi: 11764063-16770881

SWIFT:  OTPV HUHB

9. Ümumvətəndaş pasportu itdiyi və ya oğurlandığı hallarda yaşadığınız yerin polis idarəsindən pasport itdiyi üçün müraciət etdiyinizə dair arayış;

10. Hərbi bilet və ya möhlət hüququ verən sənəd

11. Pasportun çap üstünlüyünə uyğun olaraq dövlət rüsumunun ödənilməsi:  https://gpp.az/WebPortal/Infosite/Sc/980500/Category/8   - QEYD: pasportun çapı üçün ödənilən məbləğ ancaq pasportu dəyişdirilən şəxsin adına (FİN əsasında) olmalıdır. 

 

Qeyd:
Soyad dəyişdirildiyi təqdirdə yuxarıda qeyd edilən sənədlərə soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin (Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş) surəti əlavə olunmalıdır. Soyadın dəyişdirilməsi haqqında Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəhadətnamə olmadığı təqdirdə Səfirlik tərəfindən "Soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə" alınmalıdır.
Nikahla əlaqədar soyad dəyişdirilibsə aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Soyadın nikahla əlaqədar dəyişdirilməsinə dair ərizə (sərbəst formada);

2. Nikah haqqında şəhadətnamənin surəti;

3. Doğum haqqında şəhadətnamənin surəti.

Arxiv üzrə axtarış