2017-05-26

28 may - Respublika Günü və Azərbaycan - Macarıstan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibəti ilə Budapeşt şəhərində rəsmi qəbul keçirilib

Mayın 26-da Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində dövlət bayramı – Respublika günü və Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə rəsmi qəbul düzəldilmişdir. Azərbaycan və Macarıstanın dövlət himnlərinin ifasından sonra səfir Vilayət Quliyev qonaqları salamlamış, onlara müstəqillik illərində Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, üzləşdiyi ciddi problem – erməni işğalçıları tərəfindən tarixi torpaqlarımızın bir hissəsinin hələ də işğal altında saxlanması, Azərbaycanla Macarıstan arasında bütün sahələr üzrə dinamik inkişaf edən qarşılıqlı əlaqələr, bu ilin sonuna qədər gözlənilən rəsmi səfərlər barəsində məlumat vermişdir.

Qəbul mərasimində Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Macarıstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclər, Macarıstandakı Azərbaycan diasporunun üzvləri, macar ictimaiyyətinin təmsilçiləri, parlamentarilər, jurnalistlər – bütünlükdə iki yüz nəfərə yaxın qonaq iştirak etmişdir.

Macarıstan xarici işlər və ticarət nazirliyinin qəbulda iştirak edən yüksək vəzifəli rəsmisi dövlət katibinin müavini, Macarıstanın Azərbaycandakı keçmiş səfiri Jolt Çutora olmuşdur.

Qəbul zamanı qonaqlara macar və Azərbaycan mətbəxi nümunələri, Azərbaycan şərabları təklif olunmuşdur.
 

Arxiv üzrə axtarış