2017-10-18

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Diplomatic Spouses of Budapest” klubunun üzvlərinin növbəti görüşü keçirilmişdir

Cari il 17 oktyabr tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Səfir Vilayət Quliyevin xanımı Şəhla Vəzirovanın təşkilatçılığı ilə “Diplomatic Spouses of Budapest” klubunun üzvləri - bu ölkədə akkreditə olunmuş səfirlərin həyat yoldaşlarının iştirakı ilə növbəti görüş təşkil edilmişdir. 

Tədbir zamanı çıxış edən Ş.Vəzirova toplantı iştirakçılarını salamlayaraq, “Diplomatic Spouses of Budapest” klubunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşmüş və mütəmadi əsasda keçirilən belə görüşlərin istər təmsilçi ölkələrin öz mədəniyyətini, incəsənətini və milli mətbəxini nümayiş etdirməsi, istərsə də səmərəli fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini qeyd etmişdir.

Tədbir həmçinin “The wind which blows from Baku” adlı konsert proqramı ilə müşayiət edilmişdir. Konsertdə Ferens List adına Budapeşt Musiqi Akademiyasının məzunu Jalə Rəsulova pianinoda görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun əsərlərindən parçalar ifa etmişdir.

Mədəniyyət proqramı bitdikdən sonra Azərbaycanın zəngin mətbəx nümunələri qonaqlara təqdim edilmişdir.

 

Arxiv üzrə axtarış