2017-10-27

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Macarıstan Parlamentində və MDB İşgüzar Klubunda görüşlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nümayəndə heyətinin cari il 23-27 oktyabr tarixlərdə Macarıstana səfəri çərçivəsində qonaqlar 26 oktyabr tarixdə Macarıstan Parlamentinin üzvü, Azərbaycan-Macarıstan Parlamentlərarası dostluq qrupunun həmsədri Marton Döndöşi ilə görüşmüşüdür

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə Azərbaycan-Macarıstan münasibətləri, o cümlədən elm-təhsil sahəsində əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılmış, ölkəmizdə gedən davamlı inkişaf prosesləri barədə qarşı tərəf məlumatlandırılmışdır.

Həmin gün, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə,  bu ölkədə fəaliyyət göstərən MDB İşgüzar Klubunda görüş təşkil edilmişdir.

İlk öncə səfir Vilayət Quliyev tədbirdə çıxış edərək, adıçəkilən klubun fəaliyyəti barədə qısa məlumat vermiş və Azərbaycan nümayəndə heyətini qonaqları təqdim etmişdir.

Daha sonra DİA-nın rektoru Urxan Ələkbərov “Azərbaycanın innovativ sosial-iqtisadi inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda çıxış etmişdir. O, Azərbaycanda son illər müşahidə edilən dinamik inkişaf prosesləri barədə görüş iştirakçılarına geniş məlumat vermiş və BMT, Dünya Bankı kimi nüfuzlu beynəlxalq qurumların statistikasına əsaslanaraq, ölkəmizin inkişaf etmiş dövlətlər arasında bir sıra göstəricilərə görə öncül yerləri tutmasını təsdiqləyən müqayisəli təhlillər təqdim etmişdir.

Sonda, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

Arxiv üzrə axtarış